Hüseyn Dəryanın arvadı aparıcı Zaur Baxşəliyevdən şikayətçi oldu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova ATV-də yayımlanan “Bizimləsən” verilişində şəxsi həyatının müzakirə olunmasına münasibət bildirib.

News24.az-ın redaksiyası ilə əlaqə saxlayan S.İbadova aparıcı Zaur Baxşəliyev və “Bizimləsən” verilişi haqda şikayət ərizəsi yazdığını açıqlayıb.
Buna səbəb proqramda Hüseyn Dəryanın ilk evliliyindən olan qızı Aişənin Sona İbadovadan oğlu Cahangirin DNT analizi istəmə tələbi olub. 
İbadova ərizəsində Zaur Baxşəliyevin ona atılan böhtanlara şərait yaratdığını yazıb:

“Bizimləsən” verilişində baş verənlərə görə şikayət ərizəsi yazmışam. Çünki mənim üzərimdən reytinq qazanır, icazəm olmadan mənim ailəmi müzakirə edirlər.

Ərizəni Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla “Azad Azərbaycan Televiziyası”nın rəhbərliyinə, Milli Televiziya və Radio Şurasına və Ombudsman Elmira Süleymanovaya ünvanlayacam.

Oğlum Cahangir psixoloji sarsıntı keçirir! Ümumiyyətlə, evdəki ab-hava çox pisdir. Mən özüm də xəstəyəm. Neçə ildir süd vəzimdən müalicə alıram. Bunların hamısı mənə stress yaşadır.

Mənim hesabat verəcəyim adam Hüseyn idi. Üçüncü bir adamın ixtiyarı yoxdur ki, ailəmi müzakirə edib, məndən hansısa sübut istəsin.

Sübut övladımın doğum haqda şəhadətnaməsidir. Orada da Cahangir Hüseyn oğlu Muradov yazılıb. Eyni zamanda da bizim rəsmi nikahımız var. Bundan başqa nəyi sübut edim? Mən heç kimə heç nəyi sübut etmək məcburiyyətində deyiləm.

ATV-dən məni verilişə dəvət edirlər. Amma ora getməmişəm və getmək fikrim də yoxdur. Çünki onlar mənim üzərimdən şou yaradırlar”.

Related Articles

+994 50 295 94 79
top