MİLLƏT VƏKİLİ AFƏT FƏRMANQIZINI MÜDAFİƏ ETDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Afət Fərmanqızının məşhur hind mahnısını İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” sözləri ilə ifa etməsindən sonra ona qarşı hücumlar başlayıb.


Lakin, A.Telmanqızına haqq qazandıranlar da var. Onlardan biri də millət vəkili Fazil Mustafadır.
O, özünün feysbuk səhifəsində bildirib ki, Nəsiminin qəzəlini belə oxumaq olmaz!” qadağasını səsləndirmənin özü anormallıqdır:
“Nəsimi də müqəddəs imiş. Müqəddəs olduğuna görə onun qəzəlinə istədiyin kimi musiqi bəstələyib oxuya bilməzsən. Bu necə məmləkət, ilahi! Biri Nəsiminin qəzəlini fərqli bir üslubda oxuyub, bunu sənət baxımından ya bəyənərsən, ya da bəyənməzsən. Yoxsa müdrik bir görünüşlə “Nəsiminin qəzəlini belə oxumaq olmaz!” qadağasını səsləndirmənin özü anormallıqdır. Xalq mahnılarını fərqli üslublarda ifa edənləri o zaman musiqi tarixindən silməmiz gərək. Axı XALQ Nəsimidən də müqəddəsdir! Onun mahnılarını heç təhrif etmək olmaz. Xeyli yobazlar var ki, dində birilərini müqəddəsləşdirib, qətiyyən təftiş, tənqid etmək olmaz. Bir sürü yobaz birilərini qəhrəman olaraq beyinlərinə yerləşdiriblər, təftiş və tənqid olmaz. Bir yığın yobaz bir şairi, bir yazarı müqəddəsləşdirib, qətiyyən əleyhinə bir söz yaza bilməzsən. Bu nə məntiqsizlikdir, bu nə antidemokratik anlayışdır cəmiyyətimizdə tüğyan edir”.
F.Mustafa klassiklərin vaxtında etdiyi improvizlərə də diqqət çəkib: “Vaqif Mustafazadə muğamla cazı sintez edəndə də belə deyirdilər. Rəsul Rza sərbəst şeir yazanda da bunun hecayla uyğun gəlmədiyini söyləyirdilər… Səttar Bəhlulzadəyə də dodaq büzürdülər. Buraxın sənətdə adamlar öz təqdimatlarını etsinlər, onsuz da sənət adına nəyin qalıb-qalmayacağını əlahəzrət zaman ən sonda yoluna qoyacaqdır”.

Related Articles

+994 50 295 94 79
top