“Elariz Amerikada işlədiyi restorandan qovulub” – Aktyor

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Elariz Məmmədoğlu Amerikada işlədiyi “Kavkazskiy dvorik” restoranından qovulub.
AzNews.az xəbər verir ki, bu barədə aktyor Səbuhu Xanlarov məlumat verib. O, qeyd edib ki, Elarizin restorandan qovulmasına səbəb amerikalıların onun oxuduğunu başa düşməməsi olub:
“Gəldim Amerikaya, Elariz Məmmədoğlu axtarmağa. Burada bir restoran var, Azərbaycan uşaqları işlədir, Elariz orada mahnı oxuyurmuş. Cəmildən soruşdum ki, hanı Elariz? Elə söz dedi, öldüm gülməkdən. Dedi ki, Elarizin oxuduğunu özündən başqa heç kim başa düşmür. Ona görə deyiblər ki, Elariz bir də restorana gəlməsin”.
Qeyd edək ki, müğənni Elariz Məmmədoğlu bir müddət öncə Amerikaya köçüb. O, sosial şəbəkədə Amerikada “Kavkazskiy dvorik” restoranında işə başladığını deyib.

Related Articles

+994 50 295 94 79
top