Trampın qızından çox müzakirə olunacaq Venesuela çıxışı: “Sən çox yaşa”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ prezidenti Donald Trampın qızı və baş məsləhətçisi Ivanka Trump Venesueladakı siyasi böhran və daxili iğtişaşlar ilə bağlı sosial mediadan Trampa dəstək verərək, “ABŞ Venesuelanın mərd insanları ilə birlikdə durur” deyib. 

Moderator.az xəbər verir ki, mediada yer alan xəbərə görə, Donald Trumpın baş müşaviri Ivanka Trump sosial mediada Venesuela ilə bağlı ilk dəfə etdiyi açıqlamada ” ABŞ, Venesuelanın mərd insanları ilə yanaşı durur. Venesuela qəddarlıqdan demokratiya və azadlığı axtarır. Sən çox yaşa” deyib.

Digər tərəfdən Venesuela prezidenti Nikolas Maduro dünən sosial media hesabından paylaşdığı videoda özünün idarə etdiyi avtomobildə Karakas küçələrini gəzərək “Bu gün inqilaba dəstək vermək üçün küçəyə çıxan və Donald Tramptan Venesueladan əllərini çəkməsini istəyən Nyu-york xalqına təşəkkürümü bildirirəm” mesajını verib.

Related Articles

+994 50 295 94 79
top