Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 6
    Shares

Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik.

Related Articles

+994 50 295 94 79
top