Rusiya üçün 2-ci “Cəhənnəm sanksiyaları” – Konqres Trampa ultimatum verdi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların növbəti zərfinin qüvvəyə minmə müddətini qısaldıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Konqresi senatorların iki həftə əvvəl haqqında danışdıqları “ABŞ-ın təhlükəsizliyinin Kreml təcavüzündən müdafiəsi haqqında” qanun layihəsini dərc edib.

Layihə ilk dəfə ötən ilin avqustunda açıqlanan “Cəhənnəm sanksiyaları”nın ikinci və kəskin versiyasıdır.

Hələ o zaman məlum olmuşdu ki, layihədə Rusiyanın dövlət borcları ilə bağlı əməliyyatların keçirilməsi, Rusiyada neft yataqlarının işlənməsi, Rusiyanın xarici ölkələrdə enerji layihələrinə investisiya yatırılması, o cümlədən “Putinin maraqlarına xidmət edən və başqa ölkələrdə demokratik təsisatların sıradan çıxarılmasında iştirakı olan” Rusiya banklarına qarşı müddəalar yer alıb.

Maraqlıdır ki, sözügedən sənəddə ABŞ prezidentinin həmin sanksiyaları təsdiqləmək üçün müddət 90 gündən 60 günə qədər azaldılıb. Sanksiyalar isə qanunun təsdiqlənməsindən sonra 90 gün ərzində qüvvəyə minməlidir.

Related Articles

+994 50 295 94 79
top