14 milyonluq tenderi udan “DG Telecom” narazılıq yaratdı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Bir neçə gün öncə maraqlı bir məlumat açıqlanıb. Keçmiş adı BTRİB olan “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) dövlət qurumu “DG Telecom” adında bir şirkətlə 14 milyon manatlıq müqavilə imzalayıb. “Baktelecom” Bakı və Bakıətrfaı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adı çəkilən quruma 14 milyon manat vəsait ödəyəcək. Bu məqsədlə tender keçirilib və “DG Telecom” tenderi udub.

AFN xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib. Təxminən 25 ildir bu sektorda olduğunu deyən O.Gündüz qeyd edib ki, belə bir İKT qurumu tanımadığı üçün şirkətin saytına girib araşdırma aparmaq istəyib. Lakin cəhdi boşa çıxıb: “Məlum oldu ki, nə bu qurumla bağlı hansısa bir rəsmi sayt var, nə də ki, normal bir məlumat tapmaq olur. Qəribədir ki, dövlət qurumu olan “Baktelecom” 14 milyon vəsait verməyə hazırlaşdığı bu telekommunikasiya və internet şirkətinə heç olmasa adi bir sayt hazırlatdıra bilməyib”.

“Turan” İnformasiya Agentliyinin əməkdaşı, araşdırmaçı jurnalist Hafiz Babalı isə bildirib ki, bu məsələ haqda araşdırma aparılıb: “DG Telekom” MMC ilə müqavilə http://dgtelecom.az/ fevralın 11-də imzalanıb. Onun dəyəri 14 milyon 221,7 min manat (8 milyon 365,7 min ABŞ dolları) təşkil edir.
“Bakı Telefon Rabitəsi” MMC-nin telefon şəbəkəsinin həcmi 807.104 nömrədir: http://www.baktelecom.az/stasionar-telefon. Buna baxmayaraq, abunəçilər telefon nömrələrinin yalnız 80.4%-dən istifadə edir.
“DG Telekom” MMC 2017-ci ilin sentyabr ayında 10 manat kapitalla yaradılıb. Şirkətin direktoru Elmar Şahmuradovdur. Daha əvvəl bu şirkətin hansı işlər gördüyü bilinmir.
“Bakı Telefon Şəbəkəsi” MMC-nin (BTS) nəzdində 2001-ci ildən “Bakİnternet” internet provayderi fəaliyyət göstərir. BTŞ şəbəkəsi vasitəsilə “Bakİnternet” abunəçilərinə (212407) və digər İnternet xidməti provayderlərinə (52460) genişzolaqlı yüksək sürətli İnternet xidmətləri təmin olunur. Telefon şəbəkəsinin həcminin 40,6% -i ilə genişzolaqlı yüksək sürətli İnternet xidmətləri təmin olunur”.
“Turan” öz məlumatında adıçəkilən şirkətin www.dgtelecom.az ünvanını qeyd etmiş olsa da, artıq 1 ildən çoxdur fəaliyyət göstərən “DG Telecom”un göstərilən elektron ünvanı aktiv deyil. Saytın iki dildə – ingilis və azərbaycanca – fəaliyyət göstərdiyi qeyd edilir, lakin məlumatlar yalnız ingilis dilində yerləşdirilib, həm də olduqca məhdud formada. Saytda göstərilən (+99412) 4648788 nömrəli telefona etdiyimiz zənglər isə cavabsız qaldı. Bir sözlə, qeyd edilənlərə və aparılan araşdırmalara əsasən deyə bilərik ki, “DG Telecom” 14 milyonluq layihəni reallaşdırmaq üçün hələ çox gənc və təcrübəsizdir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Related Articles

+994 50 295 94 79
top