“NOVRUZ”YARMARKASI BAŞLAYIR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Hörmətli şəhərimizin sakinləri!

Xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. Yarmarkaya gələn vətəndaşlara Respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif ediləcəkdir.

Yarmarka martın 2-dən 16-dək həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün şəhərimizin sakinlərinə xidmət göstərəcəkdir.

Ünvan: Nərimanov rayonu, “Gənclik” metro stansiyasının çıxışı

Related Articles

+994 50 295 94 79
top