Prezident sərəncam imzaladı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Bizimyol.info sərəncamın mətnini təqdin edir:

2018-ci il fevralın 12-də Aktau şəhərində imzalanmış “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol” Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti müəyyən edilsinlər.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

2018-ci il fevralın 12-də Aktau şəhərində imzalanmış “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol” Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti müəyyən edilsinlər.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli və “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886, № 11, maddə 2071) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”nin 6.8-ci bəndində “qəbul planı” sözləri “müvafiq ixtisaslar üzrə qəbul” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821; 2016, № 7, maddə 1296) 1-ci hissəsində “bakalavriat və magistratura” sözləri “bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura)” sözləri ilə əvəz edilsin.

3. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134; 2017, № 5, maddə 934; 2018, № 5, maddə 1022) 1.2-ci bəndinin yeddinci abzasına “bakalavriat” sözündən sonra “əsas (baza ali) tibb təhsili” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1186) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci hissəsinin 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292; 2016, № 7, maddə 1297) 1-ci hissəsində “tibb təhsilində əsas” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.4.1-ci yarımbəndində “və “Tələbə-məzun” sistemi” sözləri “, Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemləri” sözləri ilə əvəz edilsin.

Related Articles

+994 50 295 94 79
top