
Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov hərbi xidmətdən məzuniyyətə gəlib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə sosial şəbəkədə Corcun dostu, aktyor Vüsal Murtuzəliyev yazıb:
“Bu gün ATV-də hərbi xidmətdən məzuniyyətə gələn istedadlı, mədəni, sevimli, xarizmatik qardaşım Corcla rastlaşdım. Corcla 2012-ci ildə “Dolu” filminin çəkilişlərində tanış olmuşduq. Çoxdandır görüşmürdük, xeyli söhbət etdik. Çox istedadlı gəncdir. Hərbi xidməti uğurla başa vur, gəl, əziz dostum. Səni böyük uğurlar gözləyir. Əminəm”.
Qeyd edək ki, C.Qafarovdan başqa R.Zərgərlinin daha iki övladı var.