9-cu sinif imtahanında SƏHV – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Dünən, yəni martın 3-ü Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib”.

Primetime.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, imtahanda şagirdlərlə təqdim olunan sual kitabçasında yanlışlıq olub:

“İmtahanda şagirdlərə təqdim olunan “G” variantlı sual kitabçasında Riyaziyyat fənnindən situasiya tipli test tapşırıqlarının şərti olmayıb. Yəni, şagirdlər şərti olmayan test tapşırıqlarına cavab yazıblar. İnşallah, yoxlayan markerlə də cavablar üst-üstə düşər”.

Related Articles

+994 50 295 94 79
top