DOLLAR KREDİTLƏRİNİN FAİZLƏRİ ÜZRƏ ARTIQ ÖDƏNİLƏN VƏSAİTLƏR QAYTARILACAQ – NAZİR AÇIQLADI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Maliyyə naziri Samir Şərifov dollar kreditləri ödənilmiş faizlər üzrə artıq məbləğlərin qaytarılması məsələsinə aydınlıq gətirib. 

S. Şərifov deyib ki, hər bir borc üzrə faiz hesablanıb və faizlər ödənilməlidir.

Maliyyə naziri qeyd edib ki, Prezidentin fərmanında xarici valyutada kreditlərlə bağlı pisləşdirici amillər üzrə güzəştlər nəzərdə tutulur: “2015-ci ildə baş vermiş devalvasiyalar nəticəsində borc alanın borcu qaytarmaq qabiliyyətinə mənfi təsir olubsa, bunun manat ifadəsində krediti artıb. Fərmanla bu mənfi təsir aradan qaldırılır. Yəni bununla əlaqədar dövlət tərəfindən həmin borc alanlara dəstək veriləcək”.

Related Articles

+994 50 295 94 79
top