ELNARIN AYRILIQ ŞOUSU BİTDİ – NİKAH BAĞLADILAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bir neçə gün əvvəl ayrılıq xəbəri ilə özlərini gündəmə gətirən cütlük – müğənni Elnar Xəlilov və şairə Aysel Nəcəfli nikah bağlayıb.

Nəcəfli öz instaqram səhifəsində video paylaşaraq “Mən artıq Xəlilovayam” sözlərini yazıb. O, bildirib ki, guya, ayrılıqları şou olmayıb, sadəcə yeni barışıblar: “Hər kəsə ayrılıqdan əvvəl toyumuz olacağını demişdik. Bunu fürsət bilib adımızdan yalan məlumat yaydılar. Hər şey bir neçə gündə baş verdi. Bir neçə gündür barışmışıq və sizə bildirmədik, rəsmi nikah günümüzdə açıqlamaq istədik. Artıq bizə xoşbəxtlik arzularından başqa heç nə yazmayın”. 

Xatırladaq ki, cütlüyün ayrıldığını Elnar Xəlilov “Mən artıq subayam” başlığı ilə video paylaşaraq bəyan etmişdi, bundan başqa, o, hətta efirə çıxaraq bu haqda danışıb ağlamışdı.

Related Articles

+994 50 295 94 79
top