Putin və Medvedev Mehriban Əliyevanı təbrik etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanmış məktubda deyilir:“Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin”.Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev də Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur:“Hörmətli Mehriban Arif qızı,8 Mart ilə əlaqədar mənim səmimi təbriklərimi qəbul edin.Qadınlar bizim dünyamızı parlaq, gözəl və xeyirxah edirlər. Ailə ocağını diqqətlə qoruyur, evdə harmoniya və rahatlıq yaradırlar. Başlıcası isə – həmişə öz yaxınları və doğmalarına qəlblərinin istisini verir, onları qayğı və diqqətlə əhatə edirlər.Qoy bu bayramın gözəl əhvalı Sizinlə daim qalsın.Sizə can sağlığı, xoşbəxtlik, rifah arzulayıram”.

Related Articles

+994 50 295 94 79
top