“Kapital Bank” jurnalistə kart verməkdən imtina edib – Yalan reklam, yoxsa qanunsuz şərt?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

08 Mart 2019 [16:17]
“Deməli, bu günlərdə “Kapital Bank”ın “Birkartı” barədə reklam çıxdı qarşıma. Oxudum, gördüm şərtlər mənə uyğundur və online müraciət etdim, kart əldə etmək üçün. Çox maraqlıdır ki, sifariş zamanı şəxsiyyət vəsiqəsinin surətini də əlavə etmək tələb olunurdu”. 
Mia.az bildirir ki, bu barədə jurnalist Dünya Sakit Feysbuk-dakı səhifəsində yazıb.
O qeyd eidb ki, müraciəti göndərəndən 3-4 gün sonra bankdan ona zəng gəlib: “Müraciətdəki məlumatları bir daha dəqiqləşdirdilər. “Kapitalbank”dan hər hansı kartımın olub-olmadığını da soruşdular. Bu da məni təəccübləndirdi, axı bu məlumat öz sistemlərində olmalı idi. Axırda iş yerimi bir daha soruşdular, “Yeni Müsavat” qəzeti dedim. Qayıtdılar ki, bizim sizin işlədiyiniz müəssisə ilə əməkdaşlığımız yoxdur, sizə kart verə bilmərik. Dedim, axı şərtləriniz arasında bu yoxdur, mən də buna görə müraciət etmişəm. Dedilər, nə olsun yoxdur, sizə kart verə bilmərik”.
Jurnalist bildirib ki, bankın bu cavabı ona çox maraqlıdlr: “Mənə maraqlıdır, əgər əməkdaşlıq şərti varsa, onu “KapitalBank” niyə əziyyət çəkib qabaqcadan elan etmir? Nəyə görə mənim, başqalarının şəxsiyyət vəsiqəsinin surətini alıb, sonra da olmayan şərtlə kart verməkdən imtina edir?”.
Məsələ ilə bağlı iş günü olmadığı üçün bankldan münasibət öyrənə bilmədik.
Onların da mövqeyini dinləməyə hazırıq.

Related Articles

+994 50 295 94 79
top