Damlanın oğlu sarsıntı keçirtdi – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 18
    Shares

Müğənni Damlanın oğlu son günlərdə anasının ətrafında baş verən intim video qalmaqalından sonra ciddi sarsıntı keçirib.

Damla və Könül Kərimova bu gün aparıcı Nanə Ağamalıyevanın ATV-də yayımlanan “Atv Şou” verilişinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hazırlanan buraxılışında qonaq olub. Könül Kərimova efirə oğlu Rəşad ilə birlikdə gəlib. N.Ağamalıyeva bildirib ki, Damla da proqramda oğlu ilə birgə iştirak etməli idi, lakin müəyyən səbəblərdən dolayı gələ bilməyib.

Daha sonra Damla etiraf edib ki, ona aid olduğu deyilən məlum videonun görüntüləri yayıldıqdan sonra oğlu ciddi sarsıntı keçirib:

“Son dönəmlərdə baş verənlər istər-istəməz İbrahimə təsir edib. Oğlan uşağıdır… Psixoloji sarsıntı keçirib, inanmıram ki, bundan sonra o, efirlərə çıxsın”. (publika.az)

Related Articles

+994 50 295 94 79
top