Hüseyn Dəryanın həyatı ilə bağlı ŞOK FAKT

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mərhum reper Hüseyn Dəryanın bacısı Ofeliya “Bizimləsən” verilişində hər kəsi şoka salacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, mərhumun bacısı efirə zəng edərək bildirib ki, reperin yalnız bir övladı var:
“Bu söhbət 5 il bundan əvvəl olub. Qardaşımın dəfnində biri deyib ki, Cahangir Hüseynin oğlu deyil. Sona (reperin ikinci arvadı) da onunla dava edib, məhkəməyə verəcəyini demişdi. Biz Sonaya və anasına dedik ki, DNT analizi verin. Qayıtdılar ki, vaxtımız yoxdur. Ayşə mənim qardaşımın balasıdır, heç kim bunu dana bilməz. Bütün nəsil bilir ki, Hüseyn Dəryanın bir övladı var, o da Ayşədir. Sonaya dedim ki, ya DNT analizi et, ya da Cahangir adını dəyiş. Burada çox qaranlıq məqamlar var. Biz Cahangiri Hüseyn Dəryanın oğlu kimi qəbul etmirik. Bütün nəsil bu fikirdədir”.

Qeyd edək ki, Hüseyn Dəryanın hər iki evliliyindən bir öladı var. Reperin ilk evliliyindən olan qızı Ayşə atasının digər nikahdan olan oğlu Cahangirin DNT analizi verməsini istəyir.


Related Articles

+994 50 295 94 79
top