ABŞ-da yaşayan Sevinc Osmanqızı haqqında SENSASİON faktlar, FOTOLAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 35
    Shares

Vətəni, hətta yaşadığı Amerikanı Mayamidəki 261 min dollarlıq evə, maddi gəlirə dəyişməyin peşmanlığı varmı…

Bizə bir ox atdı, özünü vurdu…

Bizi aşağılamasaydı, bu yazı olmayacaqdı. Amma heç cür dayana bilmədi. Hörmətli Sevinc Osmanqızı canlı yayınlarından birində Azərbaycanda media məsələsini qaldırdı və xaricə sığınmış bir həmkarı ilə bərabər efirdə ünvanımıza aşağılayıcı ifadələr işlətdi. Hansı ki, cəmisi 2 il yarım əvvələcən indi bəyənmədiyi “Yeni Müsavat” qəzeti ilə işləməyə hazır idi və hətta ön anlaşma da vardı…

Lakin o, qəfildən radikallaşdı, qəribə, anlaşılmaz bir statusda ortaya çıxdı; iqtidarı, varlığının artıq 24-cü ilindən başlayaraq, kəskin tənqidlərə məruz qoydu. Sonra müxalifətin içərisində özünə düşərgə seçdi, efirdə jurnalistlikdən çox jandarmalıq yapdı. Birini sevdi, birini söydü, birinə dəli dedi…
Özü bilər; qarışmadıq, maraqlanmadıq. İndiyə qədər də ünvanına güldən ağır bir ifadə yazmadıq. Hətta onun hakimiyyətə (bir sıra hallarda Azərbaycan dövlətinə) qarşı anlaşılmaz, nizamsız informasiya bombardımanına kəskin cavab verən həmkarlarımızı da ara-sıra qınadıq ki, bir narazı qadındır, niyə bu qədər üstünə gedirsiz ki…

Ta bizə də ‘ox’ atana qədər…

Bunca sayğısızlığı ünvanımıza yapanı, bizi aşağılayanı biz nədən və niyə qoruyaq ki?

Onu bir az efirdən diqqətlə izlədik, bir az da dostlarımızın yardımı ilə lap yaxından, burnunun dibindən. Bəli, Amerikada yalnız onun dostları yoxdur ki… Bizim də var…

Ortaya qəribə bir araşdırma çıxdı. Faktlar gözləmədiyimiz halda, çox şaşırdıcıdır. Sən demə, Amerikada yaşayıb, Rusiya xüsusi xidmət orqanlarının əlaltısı da olmaq olarmış…

Maraqlıdır, necə?

ABŞ-dakı azərbaycanlı dostlarımızın vasitəsi ilə ancaq faktlara söykənən bir bu yazıya diqqət edin!

Beləliklə, Sevinc Osmanqızı hekayəsinin bəzi görünməyən tərəfləri. Oxuyun, düşünün, qərar verin!

****

Osmanqızı Bakıdan niyə və necə qaçdı?

Sevinc Osmanqızı təxminən 2012-ci ildə ABŞ-a Vaşinqton şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Arlington şəhərinə azyaşlı iki – oğlan və qız övladı ilə birlikdə köçüb. Məndəki dəqiq məlumata görə, o vaxtlar “ANS”in müxbiri olmuş Sevinc xanıma Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən hərtərəfli köməklik olunub. S.Osmanqızı da öz növbəsində xeyli müddət Azərbaycan səfirliyi ilə əməkdaşlıq edib. O, nəinki heç zaman müxalifətçi olmayıb, hətta tam əksinə, o zaman Azərbaycan hökumətinə qarşı fəaliyyət göstərməyə çalışan bəzi Avropa ölkələrində yaşayan mühacirlərlə mübarizəyə hazır olduğunu bəyan edirdi. Əlimdəki səhih məlumata görə, bunun qarşılığında yeganə istəyi maddi ehtiyaclarının ödənilməsi idi.

“O, ünsiyyətdə olduğu şəxslərə daim gileylənirdi. Deyirdi ki, az pul qazanır. Ancaq “müxtəlif insanlardan təkliflər” alır və ona deyiblər ki, malik olduğu bacarıqları dövlətə qarşı işlədərsə, çoxlu maddi imkan əldə edə bilər. O vaxtlar o, həmçinin hansısa özəl əsasda rus dilindən ingiliscəyə tərcümələr də həyata keçirirdi. Bu xətlə də sonradan Sevinc Osmanqızı Rusiyanın ABŞ-dakı səfirliyi ilə də təmaslar yarada bilib. Ya da Rusiya səfirliyi onunla əlaqə qurub”

Sonradan Sevinc Osmanqızı ilə onun Azərbaycanda yaşayan həyat yoldaşı, “CBC” telekanalının direktoru Azər Xəlilov arasında böyük bir qalmaqal meydana gəldi. Bu qalmaqal Sevincin ailənin ümumi nikahdan olan azyaşlı övladlarını həyat yoldaşından icazəsiz, fırıldaq yolu ilə ABŞ-a aparması ilə bağlı olub. O, əslində övladları ilə birlikdə İstanbula istirahətə getmək üçün ərindən icazə alsa da, paralel olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən viza alıb (səfirlik həyat yoldaşının icazəsini yoxlamağa borclu deyil) və övladlarını da götürərək Azərbaycandan Türkiyəyə uçub. Türkiyədən isə uşaqlarını ABŞ-a qaçırıb. Beləliklə də, S.Osmanqızı həyat yoldaşının etibarından sadəcə sui-istifadə edərək, ABŞ-a formal olaraq tam qanuni əsaslarla getməyib.

Bununla belə, ABŞ-da məskunlaşmağa nail olmuş Sevinc Osmanqızı həyat yoldaşı tərəfindən övladlarının əlindən alına biləcəyi ilə bağlı daima xof içində idi. Bu amili onu həmin zamanlarda tanıyan çox adam təsdiqləyə bilər. Ən böyük təsdiqçisi də bizik! “Yeni Müsavat” qəzeti və müxbirləri həmin periodda xof və qorxu içində olan Sevinc Osmanqızının bütün xahişlərini, qarşı tərəfin cavab haqqını da pozmaqla, sözsüz icra edib. Biz o zaman S.Osmanqızına tərəf çıxdıq və buna görə də həm təhdid, həm də töhmət altında qaldıq. Sevinc Osmanqızının indi bəyənmədiyi “Yeni Müsavat” qəzetinə dəstək yalvarışları arxivlərdə və evrəndə qalmaqdadır…

Beləliklə, Sevinc vəziyyətdən çıxış yolu axtarır və müxtəlif adamlarla məsləhətləşirdi. Görünür, aldığı məsləhətlərə uyğun olaraq, S.Osmanqızı 2015-ci ilin sonlarında ABŞ hökumətindən siyasi sığınacaq istəmək qərarına gəlib. O, bu istəyini guya Azərbaycan hökuməti tərəfindən təqib olunması ilə əsaslandırmışdı.

Ümumiyyətlə, “ANS”-dən məvacib almasına baxmayaraq, Sevinc Osmanqızı ilk vaxtlar ABŞ-a köçən bütün digər yeni mühacirlər kimi maddi cəhətdən korluq çəkirdi. Onu yaxından tanıyan Amerikadakı dostlar deyirlər ki, jurnalist fəaliyyətindən istifadə edərək özü ilə Azərbaycandan müəyyən maddi vəsaiti Vaşinqtona gətirsə də, bununla bağlı gömrük bəyannaməsində heç bir qeyd yazmayıb (ABŞ-a 10000 dollardan çox nağd pul gətirilərkən mütləq deklarasiya təqdim olunmalıdır)…

“Sevinc Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi: bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti idi”

2016-cı ilə qədər Vaşinqtondakı AR səfirliyinə işləyib…Bir zamanlar Sevincin yaxın əhatəsində olmuş dostlarımız daha sonra nə deyirlər? İqtibas: “Birləşmiş Ştatlarda o, daim yeni gəlir mənbələrinin axtarışında olub. Qısa zaman ərzində tədbirlərdə iştirak edərək Fətullah Gülən icması ilə əlaqəli “Türk Amerika Alyansı” ilə təmas yaratmağı bacardı, onların maddi yardımından istifadə etməyə başladı. “Gülən camaatı” isə ənənəvi taktikasından istifadə edərək S.Osmanqızının timsalında yeni tərəfdaş əldə etməyə nail olmuşdu. Hətta iddialara görə, Sevinc Osmanqızı 2016-ci ildə “ANS” TV-nin ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşovanın F.Güləndən geniş rezonans doğurmuş müsahibə almasında da böyük rol oynayıb. Lakin bu münasibətlər dərinləşmədi və uzun sürmədi”.

Bütün bunlara baxmayaraq, bizə aydın olub ki, təqribən 2016-ci ilə qədər Osmanqızı Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşlardan təlimat alıb və ona “həvalə edilən” işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlib. Həmin ərəfədə səfirlik hətta ona övladları ilə bağlı problemin həllində köməklik etməyə çalışıb! Lakin övladlarının əlindən alına biləcəyi xofu heç vaxt Osmanqızını rahat buraxmayıb. Onu tanıyan dostlardan birinin qeydi: “O, ünsiyyətdə olduğu şəxslərə daim gileylənirdi. Deyirdi ki, az pul qazanır. Ancaq “müxtəlif insanlardan təkliflər” alır və ona deyiblər ki, malik olduğu bacarıqları dövlətə qarşı işlədərsə, çoxlu maddi imkan əldə edə bilər. O vaxtlar o, həmçinin hansısa özəl əsasda rus dilindən ingiliscəyə tərcümələr də həyata keçirirdi. Bu xətlə də sonradan Sevinc Osmanqızı Rusiyanın ABŞ-dakı səfirliyi ilə də təmaslar yarada bilib. Ya da Rusiya səfirliyi onunla əlaqə qurub”.

Bizdə olan məlumata görə, məhz bu fakt və onun “özəl” fəaliyyətləri barədə informasiyalar diplomatik nümayəndəlikdə təsbit olunub. Bu səbəbdən də Azərbaycanın ABŞ-dakı səfirliyi S.Osmanqızı ilə münasibətləri dayandırıb. Bu da onun əl-qolunu daha da açıb. Artıq 2016-ci ildən etibarən, Rusiya səfirliyi ilə yaxın ilişkiləri quran kimi Sevinc “Youtube” resursunda kanal yaradaraq oradan hökumətə qarşı informasiya müharibəsi açıb.

Rusiya xüsusi xidmət orqanı zabiti ilə əlaqələr…

ABŞ-dakı dostlardan daha birini dinləyək: “Həmin ərəfədə ABŞ-da yaşayan azərbaycanlılar arasında belə məlumat yayıldı ki, S. Osmanqızı daimi olaraq Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyinin inzibati binasında keçirilən müxtəlif tədbirlər zamanı sözügedən ölkənin diplomatları ilə əlaqə yaradır. Bundan sonra isə belə münasibətləri gizli təmaslar formatında davam etdirdiyinə dair məlumatlar yayıldı. Bəzi məlumatlara görə, Sevinc Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi: bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti idi. Çox güman ki, az əhəmiyyətli tərcümə işlərinin Sevinc Osmanqızına tapşırılmasını da bu şəxs təşkil etmişdi. İstisna etmək olmaz ki, S.Osmanqızı nəinki ingilis, habelə Azərbaycan dilindən də tərcümələr edir, jurnalist kimi topladığı məlumatları rus dilində RF səfirliyi üçün hazırlayırdı. Bu kimi işlər adətən belədə tədricən təşkil olunur və insan özü də hiss etməyərək kəşfiyyatın “tor”una düşür”.

“Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sözügedən mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində – Biscayne küçəsində yerləşir. Maraqlısı odur ki, Osmanqızı bu mənzili ötən il iyun ayının 22-də özünə “ad günü hədiyyəsi” kimi alıb. Mənbəmiz bizim xahişimizlə sözügedən məkana gedərək Osmanqızının qonşuları ilə məlumat əldə etməyə də çalışıb”

Sevinci tanıyan dostlarımızın qənaətincə, maddi gəlir əldə etmək istəyi Sevinc üçün əsas motivdir – bu məqsədilə Sevinc Osmanqızı rus kəşfiyyatçısı ilə təmaslara özü də həvəs göstərə bilərdi.Dahası da var! Onların – rus kəşfiyyat zabiti ilə Azərbaycan müxalifətinin Sevincinin övladları Virciniyadakı eyni məktəbdə oxuyurmuş! Bu da Koşelyevin Sevinclə münasibətlərinin genişlənməsinə daha da geniş təkan verməzmi…

Urra! İstədiyi oldu! Maddi yüksəliş, Mayamidə ev…

Məhz Rusiyanın kəşfiyyat zabiti ilə aşırı yaxınlaşmadan sonra, daha dəqiq desək, son bir ildə Osmanqızının maddi cəhətdən yüksəlişi şübhə doğurmağa başlayıb. Vaşinqtonda yaşayan həmyerlilərimiz (onlar adlarının çəkilməsini istəmirlər-RED. ) onun əvvəlki illərdən fərqli olaraq daha çox bahalı geyimləri və kosmetik əşyaları aldığını bildirirlər. Amerikaya gələndə “Marshall” və digər ucuz alış-veriş mərkəzlərində tez-tez görünən Osmanqızının artıq Virciniya ştatının Tyson Coner ərazisində yerləşən bahalı ticarət obyektindən bazarlıq edir, bu uğurun ABŞ-da iki övlad böyüdən tənha anaya necə qismət olması sualını verməyə məcbur edir. Ən ilginc xəbər isə onun 2018-ci ildə özünə Florida ştatında ev alması ilə bağlıdır. Bunu oxuyan adamlar inanmaya da bilər, amma əlimizə bu barədə sənədlər keçib və fotoşəkillər var. Həmin materialların yalnız bir qismini (mənbənin açıqlanmaması üçün) təqdim edirik.

Sevinc Osmanqızının 261 min dollarlıq evi bu həyətə baxır…

Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sözügedən mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində – Biscayne küçəsində yerləşir. Maraqlısı odur ki, Osmanqızı bu mənzili ötən il iyun ayının 22-də özünə “ad günü hədiyyəsi” kimi alıb. Mənbəmiz bizim xahişimizlə sözügedən məkana gedərək Osmanqızının qonşuları ilə məlumat əldə etməyə də çalışıb. Onlar ev sahibinin həmin ərazidə çox az göründüyünü və çox böyük ehtimalla mənzili kirayə verdiyini bildiriblər.

ABŞ-da sözügedən məbləğdə ev almaq o dərəcədə asan iş deyil. Əlbəttə, ANS-dən vaxtilə aldığı məvacib və ya Rusiya səfirliyi üçün etdiyi tərcümələr bu əmlakın alınmasında yetərli ola bilməz. Oxucu bir anlıq mənzilin lizinqlə alması fikrinə də düşə bilər; lakin əlimizdəki mövcud sənədlər bunun tam əksini, yəni mənzilin birbaşa nağd ödənişlə alındığını göstərir. Müqaviləyə əsasən, S.Osmanqızına bu alqı-satqıda “Miami Paradise for Russian” şirkətinin makleri İra Antonova adlı rus mühacir yardım edib və bunun müqabilində İ.Antonova hətta pul da almayıb!

Amerikalı ekspertlər tərəfindən aparılmış araşdırmalarda Rusiya Federasiyası Xüsusi Xidmət Orqanları ilə əlaqəli şəxslərin mülkləri əsasən həmin ştatda almağa üstünlük verdiyi də qeyd olunur. Rusiyanın şərqində yol tikintisi ilə məşğul olan məşhur iş adamının və Vladivostok şəhərindən bir nüfuzlu dövlət məmurunun da həmin şəhərdə ev alması kimi məlumatlar da diqqət çəkən qaranlıq məqamlardandır. Bu təsadüf də ola bilər. Amma iş adamları üçün də əlçatmaz olan həmin nağd vəsaitin sadə bir jurnalist tərəfindən qısa müddətdə necə qazanılması da maraq doğuran haldır.

Müxalifətçi jurnalist obrazı xarici kəşfiyyata niyə lazımdır

Vaxtilə xüsusi xidmət orqanlarında çalışmış bir ekspert bu məqamla bağlı “Yeni Müsavat”ın müxbirinə belə bir izahat da verib: “Belə adamlara xarici dairələr tərəfindən hətta hansısa həqiqi və məhdud çevrənin bildiyi məlumatlar da ötürülə, bu yolla Sevinc Osmanqızının bacarıqlı jurnalist obrazı daha da möhkəmləndirilə bilər. Əsas məqsəd həmin şəxsin (indiki halda jurnalistin) xarici xüsusi xidmət orqanlarının maraq dairəsində olan sosial qruplarda etimadını artırmaq və həmin qrupun “öz adamı” kimi qəbul olunmasına nail olmaqdır. Kifayət qədər inam və etibar qazandıqdan sonra həmin şəxs (göstərilən halda Sevinc Osmanqızı) vasitəsilə ictimai fikirlə manipulyasiya etmək, prosesləri həmin xüsusi xidmət orqanının təmsil olunduğu dövlətin maraqları istiqamətində yonləndirmək strateji məqsədlərdən biridir. Yəni faktiki olaraq Sevinc Osmanqızı kimi şəxslər vasitəsilə xarici xüsusu xidmət orqanları ictimai fikirlə manipulyasiya edərək, ölkə daxilində qeyri-sabitlik, dövlət rəhbərliyinə qarşı inamsızlıq mühitinin yaradılmasına çalışırlar. Ona görə də Sevinc kimi adamlar hər bir kəşfiyyat üçün böyük əhəmiyyət kəsb edirlər…“

Vətəni bir evə dəyişən müxalifətçi jurnalist…

Beləliklə, 2015-16-cı illərdə qəzetimizi ABŞ-da təmsil etmək üçün müraciətlər edən, 2019-cu ildə isə haqqımızda aşağılayıcı, gözdən salan ifadələr işlədən Osmanqızı ilə bağlı günlərdir davam edən araşdırmamızın bir qismini ictimailəşdirdik. Yazının hər cümləsi faktlara əsaslanır. Əlavə olaraq, Osmanqlızının aldığı evin fotolarını və alqı-satqı müqaviləsinin görüntülərini yazıya yükləyirik.

Doğma Vətənini, dostlarını, bir zamanlar ona dəstək olanları, hətta sığındığı Amerikanı Mayamidəki evə, mal varlığına …dəyişdiyi üçün Osmanqızına …uğurlar arzulamırıq.

Musavat.com

Related Articles

+994 50 295 94 79
top