Kamilin anası danışdı: “Qanun qarşısında cavab verəcək”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İdmançı Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılmasından danışıb. Lent.az-a açıqlama verən S.Zeynallı bildirib ki, K.Zeynalının həbs olunma xəbəri düzdür: “Kamil instaqramda bir lazımsız paylaşıma görə bir neçə sutka dövlətin qanunu qarşısında cavab verəcək”.
Qeyd edək ki, bu xəbəri ilk olaraq Report yayıb. Xəbərdə Kamilin hazırda məhkəmədə olduğu bildirilib. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Related Articles

+994 50 295 94 79
top