“İcra başçısı Horadizdə 100 illik ağaclar kəsdirdi” – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub”Füzuli rayonu Horadiz qəsəbəsində 100 yaşı olan çinar ağacları kəsilib.Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib.O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan “20 Yanvar” küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarının kəslib, yox edilib.O, azfakt.com-a bildirib ki, “20 Yanvar” küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib.Məlumata görə, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya Xan çinarları Horadiz şəhəri “20 Yanvar” küçəsinin hasarlarının görünüşünə mane olurmuş: “Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları buna müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub. Görünür, prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı, icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan çinarlarını kəsdirməzdi…”Çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb.Füzuli Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib.

TİA.AZ

Related Articles

+994 50 295 94 79
top