Söyüd ağacını kəsdi – Nazirlik cərimələdi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Salyanda ağac kəsən şəxs cərimələndi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Related Articles

+994 50 295 94 79
top