Tramp qızını və kürəkənini Ağ Evdən qovdu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ prezidenti Donald Tramp qızı İvanka Tramp və kürəkəni Cerard Kuşnerin Ağ Evdən uzaqlaşdırılması üçün göstəriş verib.

Bu barədə amerikalı jurnalist Viki Uard qələmə aldığı“Kuşner İnc.” adlı kitabında bəhs edib.

Məlumata görə, Tramp prezident seçildikdən bir müddət sonra qızını və baş məsləhətçisini Ağ Evdən göndərərək işini keçmiş köməkçisi Con Kelliyə tapşırıb. Kitabda həmçinin, Trampın qızı və kürəkəni ilə münasibətlərində gizli məqamlara toxunulduğu iddia edilir. ABŞ prezidentinin bu narahatlığının səbəbi kimi qızı və kürəkəninin mətbuat qarşısında xoşagəlməz davranışları göstərilib.

“Nyu York Tayms” kitabın gələcək həftələrdə satışa çıxarılacağını yazıb.

Related Articles

+994 50 295 94 79
top