Toyuqlar hinə girən tülkünü öldürdülər

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Fransada kənd yumurtası istehsal edilən fermada maraqlı hadisə baş verib.

Ölke.az xəbər verir ki, toyuqlar hinə girmək istəyən tülkünü dimdikləyərək öldürüblər.

Hadisə Fransanın şimal qərbində baş verib. Fransanın “AFP” xəbər agentliyinin məlumatına əsasən, “Le Gros Chene” kənd təsərrüfatı texniki liseyinin hininə girən tülkü hücuma məruz qalıb. Hinin qapıları avtomatik olaraq gün batan kimi bağlanır və tülkü də bu səbəbdən hindən çıxa bilməyib. Səhər toyuqları yoxlayan şagirdlər hinə girəndə ölü tülkü ilə rastlaşıblar. Liseyin direktoru Paskal Daniel bildirib ki, toyuqlar sürü kimi tülküyə hücum ediblər və onu dimdikləyərək öldürüblər.

Related Articles

+994 50 295 94 79
top