Əhaliyə ŞAD XƏBƏR: “Kupça”ların verilməsi ilə bağlı QANUN DƏYİŞİR, bundan sonra…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.

Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.

Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Çıxarış hüquq sahibinin istəyindən asılı olaraq, elekron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilir, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (trend)

Related Articles

+994 50 295 94 79
top