“Təhsil Nazirliyi Azərbaycanda FETÖ siyasəti aparmaq istəyir” – Şok ittiham

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Həqiqətən də universitetlərə qəbul zamanı rus bölmələri üzrə keçid balları Azərbaycan bölmələri ilə müqayisədə xeyli aşağıdır. İlk öncə, bunu ayrı-seçkilik kimi qiymətləndirmək lazımdır. Çünki keçid balları arasında azı 200-250 bal fərq olur”.

MİA.az xəbər verir ki, bunu “Hüriyyət”ə müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu deyib. O, bildirib ki, bu səbəbdən də rus bölməsi üzrə sənəd verən şəxslərin ali məktəblərə daxil olma şansları daha yüksəkdir: 

“Sonra da deyirlər ki, rus sektorunda yaxşı təhsil verdikləri üçün universitetə daha çox adam qəbul olur.Axı, rus dilində təhsil alan uşaqlar min illik tariximizi, keçmişimizi necə biləcəklər? Heç olmasa, ərəb dilində öyrət ki, həm “Quran”ı oxusun, həm İslam mədəniyyətinin ortaya qoyduğu əsərlərdən bəhrələnə bilsin, həm də lazım olsa dünyanın 35 dövlətində gedib işləmək imkanı əldə etsin. Rus dili hardasa 16-17-ci əsrdən sonra formalaşmağa başlayıb. Axı bu dil bizə nə verə bilər? Heç nə. Rus dilində olan ilk şifahi ədəbiyyat “İqor polku dastanı”dır. Azərbaycanda isə ona qədər minlərlə yazılı ədəbiyyat olub. Belə olan halda, necə olur ki, rus dili Azərbaycan dilindən daha üstün olur?!FETÖ-nün Türkiyədə apardığı siyasəti Təhsil Nazirliyi bu gün Azərbaycanda aparmaq istəyir. Belə FETÖ Türkiyədə məktəblərdə ilkin seçimlər aparıb istedadlı, ağıllı uşaqları seçib onları öz məktəblərinə cəlb edirdilər.İntellektual səviyyəsi nisbətən aşağı olan uşaqlar isə digər məktəblərdə təhsil alırdılar. Sonradan da belə çıxırdı ki, FETÖ-nün məktəblərində oxuyan uşaqlar digərlərinə nisbətən daha böyük göstəricilər ortaya qoyur. Halbuki ilkin seçimə görə, elə ən istedadlı, zəkalı uşaqları FETÖ öz məktəblərinə aparırdı. İndi də Təhsil Nazirliyi bir sənəd hazırlayıb deyir ki, rus bölmələrinə gələnlərin sayı çox olduğuna görə biz seçim edəcəyik. Yəni seleksiya edəcəklər, FETÖ kimi Azərbaycan xalqının ən intellektual uşaqlarını seçim rus bölmələrinə götürəcəklər. İntellektual imkanları nisbətən məhdud olan uşaqlar isə milli məktəblərdə qalacaq. Beləliklə də sabah yüksək göstərici əldə olunduqda deyəcəklər ki, görürsünüz, biz demişdik ki, rus dilində təhsil daha üstündür.

Halbuki artıq seçim zamanı daha istedadlı uşaqlar rus bölmələrin götürülüb. Bundan başqa, məhz bu üsulla Azərbaycan xalqının gələcəyində rol oynaya biləcək intellektual insanların hamısı rusbaş olacaq, Rusiya dövlətinin, Kremlin maraqlarına xidmət edəcək. Azərbaycanda istər çar vaxtı, istər sovet zamanında, istərsə də indi müəyyən nəsillər var ki, ardıcıl olaraq xəyanət yolu tutaraq ruslara xidmət edib. Bu gün onların nəvələri Azərbaycanın müstəqilliyinin əleyhinə çıxış edib Rusiyaya xidmət edirlər.Baxmayaraq ki, Rusiyada rejimlər dəyişib, lakin Azərbaycandakı həmin xain nəsillərin düşüncəsi hələ də dəyişməyib. Onlar bu gün də öz xalqına xəyanət yolunu tutublar”.

Related Articles

+994 50 295 94 79
top