Oğuzda canavarlar 30 baş qoyunu parçaladı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Oğuz rayonunda canavarlar 30 baş qoyunu parçalayıb.

Yenilik.azReport”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı “Azərbaycan 60” yaşayış məntəqəsində baş verib.

Belə ki, rayon sakini Elçin Tağıyevə məxsus fərdi yaşayış evinin həyətindəki tövlədə olan qoyunlara canavarlar hücum edib. Nəticədə qoyunlardan 20-si tələf olub, 10-u yaralanıb.

Oğuz rayon Baytarlıq idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və tələf olmuş qoyunların basdırıldığı yer dezinfeksiya olunub.

Related Articles

+994 50 295 94 79
top