Azərbaycanın ən orjinal səmənisi – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Dağlara da baharın qədəm qoyduğuna işarədir

Qubanın rayon mərkəzindən 60 km aralıda yerləşən Xaltan kəndində orijinal rəmzi səməni hazırlanıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd icra nümayəndəliyinin qarşısında qoyulan səməninin üst hissəsində Azərbaycanın dövlət bayrağının rənglərində – göy, qırmızı və yaşıl dəmir pərlər qoyulub. 

Külək əsdikcə pərlər fırlanır. Hər pərin yanında eyni rəngdə zərlə bəzədilimiş qaranquş da qoyulub. Bütün bunlar artıq baharın gəlişindən xəbər verir. Baharın ilk günündə  yağan qarla səməninin həmahəng olması diqqət çəkir.

Yerli qurumların və sakinlərin birgə hazırladığı rəmzi səməni artıq dağlara da baharın qədəm qoyduğuna işarədir.

Related Articles

+994 50 295 94 79
top