Nazarbayevin qızı əlil uşaqları təhqir edib: “O eybəcərləri…” – Video

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qazaxıstanda Nursultan Nazarbayev təxminən 30 illik prezidentlikdən sonra istefa versə də, onun böyük qızı Dariqa ölkə parlamentinin spikeri postuna gəldi. Bundan dərhal sonra Qazaxıstanda sosial şəbəkə istifadəçiləri Dariqa Nazarbayevanın altı il öncə əlil uşaqların ünvanına xoşagəlməz ifadələr səsləndirdiyi görüntüləri gündəmə gətiriblər.
Sfera.az Bizimyol.info-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan video-görüntülərdə Dariqa Nazarbayeva yeniyetmələrin tərbiyəsindən danışır, valideynləri uşaqlarını erkən cinsi münasibətlərdən çəkindirməyə çağırır. Onun fikrincə, yeniyetmələrə bu mövzuda sözlə məsləhət verməkdənsə, onları uşaq evlərinə, əlil uşaqların saxlandığı internatlara aparmaq daha effektli ola bilər.

Nursultan Nazarbayev
“Onlar görməlidir ki, düşünülməmiş, vaxtından əvvəl cinsi həyatın nəticələri necə olur. O eybəcər uşaqları, əlilləri da göstərmək lazımdır. Qoy görsünlər. Saatlarla davam edən danışıqlardan, leksiyalardansa, bu üsul daha güclü təsir göstərə bilər”, – Dariqa Nazarbayeva belə deyib.

Teref.az


Related Articles

+994 50 295 94 79
top