“Bank of Baku” müştərinin pulunu mənimsəmək istədi – Özbaşınalıq

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış PR mütəxəssisi Nəsimi Paşayev “Bank of Baku”nun xidmətindən narazıdır. AFN-in xəbərinə görə, bununla bağlı o özü məlumat verib.

N.Paşayev bildirib ki, bu günlərdə adıçəkilən bankın pos-terminalı vasitəsilə bir mağazadan ödəniş edib: “Kartımdan pul çıxılması ilə bağlı bildiriş gəlsə də, satıcılar dedilər ki, pos-terminal uğursuz əməliyyat göstərir və sizə malı verə bilmərik. Təbii ki qısa mübahisə yarandı. Məni bankın pos-terminala cavabdeh olan şəxsi ilə danışdırdılar. Həmin şəxs dedi ki, bu gün, uzağı sabah pulunuz karta qaytarılacaq. Təbii ki, inanmadım. Çünki həmin gün bayram, səhərisi gün isə qeyri-iş günü idi. Ancaq mən nəğd ödəniş edib məhsulu aldım. Növbəti iş günü “Bank of Baku” – Sizə Yaxın Bankçılıq online çat vasitəsilə problemi bildirdim. Məni borclu çıxarıb dedilər ki, vəsait 8 iş günü ərzində geri qaytarılır. Mən də ok dedim. Bu gün, hadisədən 21 gün keçəndən sonra (təbii ki, arada bayram günləri var idi, amma 8 iş gününü keçib) yenidən bankla əlaqə saxladım. Sizcə nə oldu? Belə bir problem bunlara deyilməyib. Mən təkrar mağazaya getməliyəm, mağaza banka sorğu göndərməlidir və sair və ilaxır. Biraz bank əməkdaşına təlim keçdikdən sonra daha dərin araşdırma apardılar və dedilər ki, həmin gün ümumiyyətlə bizdə elə əməliyyat olmayıb. Bu dəfə mobil tətbiqetmədən ödənişlə bağlı bildirişi göndərdim onlara. Nəhayət indi zəng edib dedilər ki, sizin problemlə bağlı (artıq qəbul elədilər ki, belə əməliyyat olub) kartınızın bankına sorğu göndərmişik. Dəqiq vaxtını deyə bilməsək də, gələn həftə sizin pulunuz qaytarılacaq. Bu da müasir bank, bu da texnoloji inkişaf, bu da müştəri məmnuniyyəti. Bərəkallah dedim və gələn həftəni səbrsizliklə gözləyirəm”.
Bankdan məsələ ilə bağlı münasibət almaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Related Articles

+994 50 295 94 79
top