Ukrayna prezidentini seçir

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Ukraynada prezident seçkiləri keçirilir. 39 namizədin mübarizə apardığı seçkilər saat 08:00-20:00 aralığında davam edəcək. Seçkilərdə 30 milyona yaxın seçici iştirak edəcək. Əsas namizədlər Vladimir Zelenski, Petro Poroşenko və Yuliya Timoşenko hesab edilir. Namizədlərdən hansısa azı 50% səs toplaya bilməsə, 21 apreldə seçkilərin 2-ci turu keçiriləcək.Seçkiləri 1,5 mindən çox beynəlxalq müşahidəçi izləyəcək. 135 min nəfərlik şəxsi heyət seçki prosesi zamanı təhlükəsizliyi təmin edəcək.Qeyd edək k, Rusiyanın Krımı ilhaq etməsi səbəbilə 5 milyondan çox seçici seçkilərdə iştirak edə bilməyəcək.

Related Articles

+994 50 295 94 79
top