“Mən həyat yoldaşımdan başqa heç bir kişiyə…” – Xoşqədəmdən SƏRT SÖZLƏR – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir adam ananı baladan ayırırsa, o, səni yarı yolda qoya bilər.

Bunu 13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə eşq yaşadığını iddia edən Turanə Nəcəfovanın taleyindən danışan Xoşqədəm Hidayətqızı deyib.

Aparıcı Elçinin “danışıq masasında” verdiyi sözə inandığına peşman olduğunu bildirib:

“Mən o adamla Turanəni görüşdürdüm. Qadının ilk sözü mənə “Xoşqədəm xanım, siz Elçinə inanmayın”. Mən hətta maşında bu qadına bağırdım ki, “Sən yalan deyirsən. Mən Elçinə inanıram, o kişidir. Kişi kimi söz verib”. Amma mən artıq həyatımda dədəmdən, həyat yoldaşımdan başqa heç bir kişiyə inanmamağa qərar verdim. Çünki ən böyük zərbələri, ikiüzlülükləri, yaltaqlığı, arxada danışmağı, verdiyi sözü tutmamağı kişidən gördüm. Ona görə mənim üçün yoxdur. Mən Elçinlə görüşdüm, mənə söz verdi, məni inandırdı. Bir sülh sazişi də yazıldı. Mən bu günə qədər ən ağır zərbələri onlardan aldım”. 

Xatırladaq ki, iki qızı olan cütlüyün böyük övladını məhkəmə qətnaməsinə rəğmən Elçin anasına qaytarmayıb. Son məhkəmə prosesində iştirak edən vəkil Şəfiqə Nağıyeva “Bu gün məhkəmə oldu. Mən vəsadətlə müraciət etdim ki, işlə tam tanış deyiləm. Nərimanov Rayon İcra Hakimiyyətindən qəyyum himayəçisinin nümayəndəsi iştirak etdi. Qərar qəbul edildi ki, uşağın ataya verilməsi məsləhətdir və mən hesab edirəm ki, orada psixoloji ekpertiza olmalıdır. Sənədlər Ədliyyə Nazirliyinin psixoloji ekspertiza şöbəsinə göndərilməlidir. Ona görə ki, 9 aydan çoxdur uşaq atanın yanındadır və təbii ki, atanın ona təsiri var. Ona görə də psixoloji ekspertiza öz rəyini deməlidir ki, uşaq ata tərəfindən öyrədilir, yoxsa yox?! Buna görə də iş ora göndərildi” deyib.

mənbə: milli.az

Related Articles

+994 50 295 94 79
top