“QIZIMIN ALÇALDILMASINI DİREKTORA DESƏM DƏ, BUNA GÖZ YUMURDU” – ÖLƏN ŞAGİRDİN ANASI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Məktəbdə sinif yoldaşları və müəllimləri qızımı həmişə alçaldıblar”.

Bunu “Report”a açıqlamasında Bakıda özünü 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən atan və bu gün xəstəxanada dünyasını dəyişən Yelena Hacıyevanın anası Sevil Hüseynova deyib.

O bildirib ki, məktəbdə yuxarı sinif şagirdləri qızına əl də qaldırıblar: “Bütün bunlar bir il ərzində davam edib. Direktora dəfələrlə şikayət etməyimə baxmayaraq, göz yumurdu. Qızım da bütün bunlardan bezdi və özünü məktəbin pəncərəsindən aşağı ataraq intihar etdi. Xəstəxanaya yerləşdiriləndən mənə dedilər ki, qızının səhhəti yaxşıdır, məni onun yanına buraxmadılar. Bu gün də eşitdim ki, qızım dünyasını dəyişib”.

Related Articles

+994 50 295 94 79
top