Hacı Nuranın 10 milyonuncu sakinlə – Fotosu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 20
    Shares

Aparıcı Hacı Nuran Hüseynov bu dəfə Azərbaycanın 10 milyonuncu sakinini görməyə gedib. 

Məlumata görə, aparıcı ötən gün dünyaya gələn uşaqla foto yayımlayıb. Şəklin müəllifi isə Ramin Aslanovdur.

Hacı Nuran şəklə “Azərbaycanın əhali sayı 10 milyon oldu. Təbrik edirəm” sözlərini yazıb.

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Related Articles

+994 50 295 94 79
top