Elinanın intihar etdiyi məktəbin direktoru işdən qovuldu – RƏSMİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 73
    Shares

Təhsil Nazirliyi Bakıda 162 nömrəli məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.  Nazirlikdən Bakupost.az-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə  istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini  təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. 
Bildirilir ki, məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib: “Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunduğu kimi  Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.
Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə  məlumat veriləcək”.

Related Articles

+994 50 295 94 79
top