“Elzanın şeirləri tərbiyədən kənardır” – Damla

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Damla “ATV maqazin onlarla” proqramında “Onlarla üç dəqiqə” rubrikasının qonağı olub.
İfaçı verilən vaxt ərzində sualları cavablandıra bilmədiyinə görə, əməkdar artist Elza Seyidcahanın “Mən dəlinin rəssamı” adlı kitabını satmağı tələb edilib.
Damla isə bundan boyun qaçırıb:
“Elza xanıma sevgim, dəyərim sonsuzdur. Bəstəkar və musiqiçi kimi möhtəşəmdir. Məndən də yaşca böyükdür. Amma onun kitabını şairədir deyə, kiməsə sata bilmərəm. Bu şeirlər örnək, tərbiyəvi əhəmiyyət kəsb edən, cəmiyyət üçün yararlı deyil. Üzr istəyirəm, ancaq bunu sata bilmərəm. 
Deyəcəklər ki, şəklini cıran, ona hörmətsizlik edən insanın təbliğatını aparır. Axı, Elza xanım şairə deyil”. ///Axşam.az 

Related Articles

+994 50 295 94 79
top