Hacıbala Abutalıbovdan yüz milyonluq ittihama reaksiya: “Özüm cavabdehəm”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, “Unikal” qəzetinin şənbə günü sayında “Hacıbala Abutalıbovdan yüz milyon istəyirlər” başlıqlı yazı ajiotaj yaradıb.

Hacıbala Abutalıbov Unikal.org-a zəng edərək sözügedən məsələ ilə bağlı mövqeyini bildirib:

“Mənə yalnız yalnız bir qadın sahibkar müraciət edib. Həmin qadın sənədlərini mənə şəxsən təqdim etdi. Biz həmin sənədləri tam şəkildə araşdırdıq.Yüksək ixtisas sahibləri və mütəsisslərlə müzakirə elədik. Həmçinin, tikintiyə icazəni hazırlayan Azərbaycanda yüksək mütəxəsis kimi tanınan Nadir Adigözəlov keçmişdə Bakı Baş Tikinti İdarəsində yüksək vəzifələrdə işləyən, çox təmiz bir insan tərəfindən də yoxlanıldı. 

Müəyyən olundu ki, sərəncam qanunidir. Bütün tikinti təşkilatları tərəfindən, nazirlik, komitə, şirkətlər tərəfindən müsbət rəylər alınıb. Tikintinin aparılması qanuni sənəd kimi hətta nişan da verilib. Heç bir qanun pozuntusu yoxdur. Bununla əlaqədar olaraq şəxsən mən Nazirlər Kabineti adından imzaladım. Sənədləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdim ki, tikintinin aparılması qanunidir. Yəni, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mən imzaladığım sənədlə bağlı hər hansı problem yoxdur. Ona görə də həmin qadın çox sevinclə mənim yanımdan ayrıldı. Tikinti bu gün də davam etdirilir. Qalan sahibkarların da hər hansı biri mənə müraciət etsə, mən onlara da üzümü tutub deyirəm. 

Mənim imzaladığım sərəncamlar və mənim Bakı Şəhər İcra Hakmiyyətinin başçısı işlədiyim zaman tikintiyə icazə sənədi hazırlayan şöbə müdiri Nadir Adıgözəlov tərəfindən hazırlanmış o sənədlərin hamısı qanunidir. Hamısı da tikintini apara bilər. Burada ikinci söz ola bilməz. Bakı Şəhər İcra Hakmiyyətinin başçısı kimi imzaladığım bütün sərəncamlara özüm cavabdehəm”.

Related Articles

+994 50 295 94 79
top