Rüfət Axundov bilsəydi ki… – Tanınmışlar biabırçı hərəkətin GÜNAHKARINI AÇIQLADI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, “Space” telekanalının “Hər səhər” verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələrin efirdə yayımlanması böyük müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bununla bağlı MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.

Publika.az xəbər verir ki, bununla bağlı MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.

Məsələ ilə bağlı Xalq artisti Faiq Ağayevin öz efir mədəniyyətilə hər zaman seçilməyə çalışdığını qeyd edib: “Bizim sənət fərdidir, hər kəs özünə görə cavabdehlik daşıyır. “Sənət adamları tamaşaçılara qarşı necə münasibətdə olmalıdır” sualının cavabını öz çıxışlarımda hər zaman göstərirəm. Odur ki, heç kəsin davranışına qiymət vermək istəmirəm.

Rüfət Axundovla Rəşəd İlyasovun başına gələnlər mənə aid olan mövzu olmasa da, onu deyə bilərəm ki, onlar efirdə söyüş söyməyib. 100 faiz əmin olublar ki, mikrofon bağlıdır. Onlar öz aralarında zarafatlaşıb. Lakin bu zarafatın uğurlu və uğursuz olması, yaxşı və ya pis hərəkət olması müzakirə oluna bilər. Hər halda arxayın olublar ki, bu zarafat tamaşaçılara çatmayacaq. Əgər onlar bilsəydi ki, zarafat tamaşaçının diqqətinə çatacaq, o zaman ömür-billah bu səhvə yol verməzdilər. Heç bir sənət adamı bilərəkdən belə addım atmaz”.

Tanınmış kinorejissor və ssenarist Şeyx Əbdülün fikrincə bu, ilk növbədə texniki heyətin məsuliyyətsizliyindən irəli gəlib:

“Texniki heyətin səhvidir, videonu yaymağın və cəmiyyətə çatdırmağın əleyhinəyəm. Nə mənası var? Şəxsi müstəvidə sənət aləmində belə hallar baş verə bilər. Amma bunu ictimailəşdirmək və yaymaq doğru deyil. Sözsüz ki, arzuolunan və xoşagələn hal deyil. Texnikanın inkişaf etdiyi dövrdə insanlar, xüsusən də sənətçilər daha diqqətli və məsuliyytli olsun. Çox təəssüf edirəm ki, belə bir hal baş verib və ictimailəşib”.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, Azərbaycan telekanallarında efir etikasından kənar ifadələr işlədən Rüfət Axundova qadağa qoyulacaq:

“Biz kanala artıq xəbərdarlığımızı etmişik. Efir etikasına yaraşmayan ifadələr işlədən şəxs kanallardan yığışdırılmalıdır ki, cəmiyyətdə narazılıqlar səngisin. Cəmiyyət də görsün ki, belə halların qarşısının alınmasında şura qətiyyətlidir. Efirə çıxan hər hansı şəxs məsuliyyətlini dərk etməlidir. Odur ki, bu, həm aparıcılara, həm də sənət nümayəndələrinə dərs olacaq. Eyni zamanda kanalların texniki heyəti daha diqqətli olmalı və belə hallarında baş verməsinə imkan yaratmamalıdır. Rəşad İlyasovla bağlı məsələ aktual deyil. Burada söhbət ondan yox, digər tərəfdən gedir”.

Təvəkkül Dadaşovun sözlərinə görə, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək.

Qeyd edək ki, Rüfət efir zamanı fonoqramla mahnı oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib.

Related Articles

+994 50 295 94 79
top