Söyüşə görə televiziyadan qovulan aparıcını Çingiz Əhmədov əvəz etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Space” televiziyasında böyük qalmaqala səbəb olan “Hər səhər” verilişinin aparıcısı işdən uzaqlaşdırılıb.

Cahan.info xəbər verir ki, verilişin bugünkü buraxılışında aparıcı Anar Vaqifoğlunu tanınmış aktyor Çingiz Əhmədov əvəz edib.

Qeyd edək ki, “Hər səhər”in ötənhəftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələrdən istifadə edib. Səs rejissoru mikrofonu söndürmədiyi üçün sözlər efirə gedib.

MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq “Space”nin 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib.

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev də işdən uzaqlaşdırılıb.

Related Articles

+994 50 295 94 79
top