Deputat məktəbdə intihar edən şagirddən danışdı: “Psixoloji travma alıb”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılsa da orada vəfat edib. Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilib.

Məsələyə ilə balı deputat Sona Əliyeva BiG.AZ-a açıqlamasında bildirib ki, əvvəlcə intiharın səbəbləri araşdırılmalıdır. 

“Ümumiyyətlə, belə intihar hadisələri zaman-zaman dünyanın hər yerində baş verir. Əlbəttə ki məsələnin mahiyyətində dünyada gedən texnoloji inkişaf və sosial-iqtisadi vəziyyət də rol oynayır. İlkin mərhələdə uşaqları intihara cəlb edən səbəbləri araşdırmaq lazımdır. İntihara cəhdlə bağlı qərarları yeniyetmələr bir anda verə biməz, bu müddət həftələr, aylar çəkir. Bu zaman kəsiyində onlar davranışları ilə ətrafdakılara müəyyən mesajlar ötürmüş olurlar. 

Yeniyetmələr arasında intihara cəhdlərin səbəblərindən biri onların özlərini dəyərsiz hesab etmələri, həmçinin özgüvən hislərinin aşağı olmasıdır. Buna görə də müəllimlər və valideynlər uşaqlarla münasibətdə mütləq şəkildə onları şəxsiyyət kimi qəbul etməli, onların qərarlarına, fikirlərinə hörmət etməlidirlər”. 

Deputat bildirib ki, valideynlər və məktəbdə müəllimlər uşaqların günlük rejimi ilə tanış olmalıdırlar:

“Valideynlər və müəllimlər uşaqların günlük rejimi ilə tanış olmalıdırlar. Necə qidalanıb, necə yatıb, hava qəbul edirmi, hansısa idman növü ilə məşğuldurmu və s. lazım gələrsə valideynləri onları psixoloq yanına aparmalı, psixoloqla birlikdə işləməlidirlər. Ən birinci, valideynlər uşaqlarına qayğı göstərməli, uşaqları dinləməli, onlarla dost münasibəti qurmalıdırlar. Onları narahat edən problemləri, həyəcanlandıran səbəbləri araşdırmalıdırlar.

Çox təəssüf hissi ilə bildirmək lazımdır ki, böyüklər çox zaman bu mesajları görmür və yaxud da bunu doğuran səbəbləri qəbul və dərk etmirlər. İş-işdən keçəndən sonra xoş olmayan mənzərə yaranır və ailə ciddi psixoloji travma alır, həmçinin itki ilə üzləşir. Çünki belə uşaqlar adətən tək olurlar, ünsiyyətlərində problemlər var. Dostları, sinif yoldaşları ilə ya ailədə, münasibətlərində problemləri olur. Ən birinci məsələ ondan ibarətdir ki, valideynlər mütləq uşaqların hərəkətlərində bu davranışları sezməlidir, bunu müzakirə etməlidirlər”. 

Sona Əliyeva məktəblərin üzərinə düşən vəzifələrdən də söz açıb.

“Müəllimlərin də qarşısında bununla bağlı müəyyən öhdəliklər düşür. Onlar mütləq dərs prosesində öz gücünə inam, potensiallarına inam təlqin etməlidirlər. Şagirdlərin daxilindəki potensialı üzə çıxarmasına kömək etməli, həmişə ümid və optimistlik təlqin etməlidirlər. Bundan başqa uşaqlarda mərhəmət, başa düşmək, bir-birini anlama kimi qabiliyyətləri formalaşdırmalıdırlar. İndiki zamanda bu çox əsasdır. Çünki uşaqlarda adətən qarşılıqlı anlaşmazlıq, bir-birlərinə kobud rəftar kimi münasibətlər olur.

Məktəb rəhbərləri təhsil prosesində pedoqoqlar tərəfindən uşaqların fiziki və ya psixoloji təsirə məruz qalması ilə bağlı hallara diqqətlə yanaşmalıdırlar. Məsələnin əsl səbəblərini araşdırıb, aradan qaldırmalıdırlar. Məktəbdə mütləq uşaqlar yeni işlərə cəlb etməlidir. Musiqi, elm, idmanla bağlı və s. Belə işlər həm onların faydalı zaman keçirmələrinə, həm də onların qabiliyyətlərini üzə çıxarmış olar. Məktəblərdə fəaliyyət göstərən psixoloqlar mütəmai olaraq şagirdlərlə danışıqlar aparmalıdırlar. Ümumiyyətlə, sinif rəhbərlərinin formal iş aparması məsələsinə yenidən baxmaq lazımdır. Ona görə ki, sinif rəhbərləri adətən bu intihar hallına qədərki prosesdən xəbərsiz olurlar”. 

Düşünürəm ki, ölkədə məktəb rəhbərlərinin uşaqlarla şəxsiyyətlərarası münasibətinə yenidən baxılmalıdır. Çünki ailədən sonra uşaqların ən böyük sosial münasibətlər qurduğu yer məktəblərdir”. 

Related Articles

+994 50 295 94 79
top