“Direktor qızıma demişdi ki, səni iti qovan kimi qovacam məktəbdən…” – Elinanın anası DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Aprelin 4-də Bakıda 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib. Məktəblinin intihar etməsi qızğın müzakirələrə səbəb olub.

Sonxeber.az-a Elinanın anası Sevil Hüseynova qızının ölümündən öncə məktəbdə baş verən hadisələri danışıb.

Məktəblinin anası qızına həm direktor, həm də müəllimələr tərəfindən çox təzyiq olunduğunu söylədi:

“Qızıma çox təzyiqlər olunurdu. Bununla bağlı mən də, nənəsi də (Sevil Hüseynovanın anası- red.) dəfələrlə məktəbə getmişdik. Hər dəfəsində də direktor ölçü götürəcəyi haqda eyni sözü təkrarlayırdı. Sonuncu dəfə isə, mən özüm gedəndə direktor mənimlə dalaşdı. Məndən sonra qızımı çağırıb deyib ki, bir də sənin valideynin və nənən məktəbə gəlsə, səni də iti qovan kimi qovacam, onları da. Qızımı çox incidirdilər, hətta şagirdləri də onun üstünə qaldırmışdılar. Həmin məktəbdə bircə ədəbiyyat müəlliməsi Valentina İvanovna qızımı çox istəyirdi və çox yaxşı davranırdı. Sinif rəhbəri Çimnaz Hacıyeva isə, şagirdlər və müəllimələr arasında şayə gəzdirirmiş ki, Elina pozğun qızdır. Qızım onlardan yalnız özünə qarşı diqqət, qayğı və dostluq münasibəti istəyirdi, başqa heç nə”.

S.Hüseynova baş verən intihar hadisəsi ilə bağlı da bildiyi məlumatlardan danışdı:

“Hadisə baş verən zaman uşağım iki saat yerdə can verib, direktor isə uşaqlara Təcili Tibbi Yardıma zəng vurmağa icazə verməyib. Uşağı can verə-verə direktorun otağına aparıblar, o da həmin an sorğu-suala tutub. Sonra da videoya çəkiblər”.

Məktəblinin anası yas mərasiminə məktəbdən kimsənin baş sağlığı vermədiyindən gileylənib:

“Qızım rəhmətə gedəndən sonra məktəbdən heç kimsə bizimlə maraqlanmadı, heç başsağlığı verən, gələn də olmadı. Ancaq direktor guya məsuliyyət hiss etdiyinə görə dəfn mərasimi ilə bağlı Badamdar qəbirəstanlığında yer təklif elədi. Təbii ki, məndə qəbul etmədim və qızımı Zabratda dəfn etdik. Onu da əlavə edim ki, qızımın rəfiqəsi Zulya Elinanın intiharı ilə bağlı sosial şəbəkədə üzücü statuslar yazmışdı. Direktor statusdan xəbərdar olduqdan sonra qızı çağırıb hədələyib ki, “əgər o statusları silməsən, səni Elinanın ölümündə təqsirkar şəxs qismində Prokurorluğa şikayət edib həbs etdirəcəm”. Yazıq qızı qorxutmuşdu”.

Related Articles

+994 50 295 94 79
top