Fəttah Heydərovdan nəvəsinin istefa xəbərinə REAKSİYA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 10
    Shares

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.

Sonxeber.az-ın əməkdaşı Tale Heydərovla əlaqə saxlaya bilməsə də, babası millət vəkili Fəttah Heydərovla danışıb.

Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib:

“Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu “Qəbələ” İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.

Related Articles

+994 50 295 94 79
top