Özünü məktəbin pəncərəsindən atan Elinanın intihar anı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 12
    Shares

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri ortaya çıxıb.
Yenilik.az baku.ws-ə istinadən xəbər verir ki, 8-ci sinif şagirdi Elina Hacıyeva dəhlizdə pəncərəyə çıxır və qəfil özünü aşağı atır.
Həmin anlar məktəbin təhlükəsizlik kamerasına tuş gəlib.
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Related Articles

+994 50 295 94 79
top