QAYDALARI POZAN YÜKSƏK VƏZİFƏLİ DYP RƏSMİSİ KAMERALARA DÜŞDÜ (VİDEO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 11
    Shares

Vətəndaşlardan biri saytımıza öz avtomobilinə quraşdırılmış videoregistrator vasitəsi ilə çəkilmiş görüntüləri göndərib. 

Videogörüntüdən məlum olur ki, 10.04.2019 tarixində, 13:29 radələrində, paytaxtın Babək prospektində 99 YP 500 dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü ən sol zolaqda hərəkət edir. 

Asflat örtüyünə çəkilmiş 1.18 nişanı və onun təkrar olan 5.8.1 nişanı bildirir ki, o zolaqla yalnız geriyə dönməyə icazə verilir. Sürücü də sağa yerdəyişmə edir və bu zaman 1.1 nişanlanma xəttinin tələbini pozur. 

Nəzərinizə çatdıraq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulub.

Videogörüntüləri təqdim edirik.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top