Məktəbdə intihar edən Elinaya görə işdən çıxarılan şəxslərin FOTOSU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 17
    Shares

Xəbər verdiyimiz kimi, aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü 3-cü mərtəbədən ataraq intihar edib. Elina Hacıyeva yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə orada vəfat edib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. 

BiG.AZ xəbər verir ki, Elinanın intiharı ilə bağlı məktəbin direktoru, müavini və psixoloqu işdən çıxarılıb. 

Bu barədə Təhsil naziri Ceyhun Bayramov 162 nömrəli tam orta məktəbdə baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Related Articles

+994 50 295 94 79
top