Məktəbdə kəllə-beyin travması alan Aqşinin FOTOSU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu gün 321 nömrəli məktəbdə müəllim tərəfindən döyüldüyü iddia edilən şagirdlə bağlı məlumat yayıb.
Bakupost.az xəbər verir ki, C.Valehov özünün feybsuk səhifəsində yazıb ki, hazırda 7-ci sinif şagirdi Aqşin Hüseynzadənin səhhəti qaydasındadır və o, evinə buraxılıb: “Hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusundayam. 321 nömrəli məktəbin 7-ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Hazırda evlərinə gedir. Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsinin yaydığı məlumatda bildirilir ki, 321 nömrəli məktəbin 7-ci sinif şagirdi müəllim tərəfindən döyülməyib. Şagirdin dərs zamanı halı qəfildən pisləşib və yıxılıb, nəticədə başından zədə alıb: “Şagirdin sinif rəhbəri onun doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib. Şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib”.

Related Articles

+994 50 295 94 79
top