Bakıda “British School”da qadın müəllimlər əlbəyaxa oldu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.TİA.AZ Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.Münaqişə qadınların əlbəyaxa davaya çevrilib. Dava zamanı hər iki müəllim xəsarətlər alıb.Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top