Ramil Usubovdan növbəti təyinat

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili işlər orqanlarında yeni təyinat olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Şabanov Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.
Qeyd edək ki, İ.Şabanov bu təyinatadək Kəlbəcər rayon Polis şöbəsində təhqiqatçı vəzifəsində işləyib. O, 2013-2019-cu illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Faiq Şabanovun qardaşıdır. F.Şabanov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Related Articles

+994 50 295 94 79
top