“Saraydakı evi Abşeron icra hakimiyyəti yox, məhkəmə icraçıları sökdürüb” (Rəsmi)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Son günlər sosial şəbəkələrdə və bəzi saytlarda Abşeron rayonu Saray qəsəbəsində fərdi yaşayış evinin sökülməsi ilə bağlı xəbərlər yayılır. Həmin xəbərlərdə bildirilir ki, həmin evi Abşeron rayonu İcra Hakimiyyəti sökdürür. 

Bununla bağlı Abşeron RİH rəsmi açıqlama yayıb. Musavat.com icra hakimiyyətinin açıqlamasını təqdim edir:

“Əvvəlcə qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır. Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmdə baxılıb. İddiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülmüşdür. 

Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiriik ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır. Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür. Daha biz təsəvvür edə bilməzdik ki, özünü jurnalist adlandıran şəxs də məhkəmə icraçıları ilə Rayon İcra Hakimiyyətini qarışıq sala bilər. Bir jurnalist özünün “facebook” səhifəsində hər hansı bir qurum haqda fikir yazarkən sözünün məsuliyyətini bilməli və qarşı tərəfin də mövqeyini öyrənsəydi, bu, onun peşəkarlığından xəbər verərdi. Təəssüf ki, qeyri-peşəkar addım atıb və nəticədə də bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq informasiya yayılıb.”

Qeyd edək ki, evi sökülən Hüseynov Rəsul Əjdər oğlunun da videomüraciəti yayılıb. Saytımız həmin videomüraciəti də əldə edərək oxuculara təqdim edir.

Related Articles

+994 50 295 94 79
top