“MƏN DƏ BİLİRƏM, AMERİKANIN PAYTAXTI NYU-YORKDUR” — ŞƏBNƏM YENƏ “GÜL VURDU” (FOTO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 326
    Shares

ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində “Avropada dörd ölkə” sualına “Amerikanın özü, İtaliya” cavabını verən müğənni Şəbnəm Tovuzlu izləyicisinə kobud cavab verib.
“İnstagram”da verilişdəki səhv cavabını müğənniyə xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:
“Bilirəm Avropa ölkələri hansılardır və Amerikanın paytaxtı haradır (Nyu-Yorkdur). Kimlərsə reytinq xatirinə mənim karyerama zərbə vurur”.
Görünür, göz düzəldən yerdə qaş çıxardan Şəbnəm xanım Amerikanın paytaxtının Vaşinqton olmasından xəbərsizdir.
Şəbnəm xanım “karyera” sözünün əvəzinə isə “koryera” işlətməsi isə diqqətdən yayınmayıb.

(Yeni Sabah)

Related Articles

+994 50 295 94 79
top