Məşhur fermerdən Nazirliyə sillə kimi sözlər: Bizə canavar yox, qoyun lazımdır – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share

“Mən ABŞ-da təcrübədə olanda, öyrəndim ki, onlar canavarı qorumurlar. Biz isə hər şeyı kənara atıb, dağıdıcı heyvanları qoruyurlar. Bu Ekologiya Nazirliyinin baş planındadır”. 

BAKU.WS xəbər verir ki, bunu Quba rayonunun Buduq kəndinin sakini, məşhur fermer İldırım Məmmədov bildirib. Onun sözlərinə görə, canavarlara görə, kənd sakinləri heyvandarlıqla məşğul ola bilmirlər.

“Sənin qoruduğun heyvan camaatın malını, heyvanını dağıdırsa, demək sən də onunla birlikdə işləyirsən. Əgər canavarları qoruyursunuzsa, o zaman heyvan saxlayan bütün kəndliləri sığortalanmalıdır. Sığortanın haqqı ödənilsin, heyvanları da canavar yeyəndə, onlara dəyən zərər ödənilsin.

İndi kəndliyə 60 min zərər dəyib. Həm adamın mayası batıb. Sonra  da deyirlər ki, canavarları qoruyuruq. Sən pulunu ver, istəyirsən qoruduğun canavar məni də yesin. Bu insafsızlıqdır. Kəndlinin evini yıxdınız. Bizə canavar yox, qoyun lazımdır”, – deyə kənd sakini bildirib. 

İldırım Məmmədov deyir ki, əvvəllər canavar vuran çobanları cəzalandırmaq əvəzinə mükafatlandırırdılar:

“Sovet hökuməti dövründə mən təsərrüfat müdiri işləmişəm. O vaxt biz hər canavar vuran çobana bir qoyun və 50 rubl da mükafat verirdik”.

İldırım Məmmədov məsələ ilə bağlı maraqlı təklifini də verib:

“Bəlkə biz çıxıb gedək, ekologiya naziri canavarları yığıb qorusun. Biz indi qoyunçuluğun inkişafı planını hazırlayırıq. Bəlkə onun yerinə canavarların inkişafı planını hazırlayaq. Axı qoyunlarla birlikdə canavarları inkişaf etdirmək olmaz. İldə bu qədər ekologiyadan pul qazanırsız. İndi zərər çəkən kişinin pulunu verin də”.

BAKU.WS
VİDEO


Related Articles

+994 50 295 94 79
top